Kemalat AKademi
Şüur və Şüuraltı
Şüuraltı nədir?
Şüurun nə olduğunu hər birimiz nə olduğunu bilirik. Onun üçün burada əsasən şüuraltı haqqında danışacağıq. Gəlin belə bir misal üzərindən danışaq. Bir buzdağı təsəvvür edin. Onun üzəridə görünən hissəsi şüurumuz olacaq aşağıda qalan hissəsi isə bizim şüuraltımız. Yaxşı bəs bu şüuraltı nədi? Şüuraltı gecə yatdıqda belə o yatmayan doğulduqdan bəri formalaşan və hər şeyi sözbəsöz götürüb qeyd edən, uşaq kimi çox saf hər şeyə inan bir hissəmiz. Şüuraltı əsasən 7-8 yaşlarına kimi tam formalaşır. Və bu ərəfələrdə o ətrafda gördüyü, eşitdiyi hər şeyi doğru qəbul edərək sorğulamadan başlayır almağa. Ondan sonra isə başlayır bizim həyatımıza onu tətbiq etməyə. Biz hər şeyi şüurumuzla etdiyimizi sansaq da əslində bizi idarə edən şüuraltımızdır. Onun doğru qəbul etdiyi hər şeyi biz sorğulamadan edirik. Demək olar ki, hərkəsin travmaları da buradan yaranır. Uşaqlıqda şeuraltı heç bir şeyi sorğulamadan qəbul etdiyi üçün neqativlər belə olduqda onları da qəbul edir və həyatımıza gətirir. Və təbii ki, buna ən çox təsir edən ailələr və ətraf mühit olur.
Bəs necə həll edə bilərik?
İlk olaraq hər kəsə verəcəyim tövsiyyə sizə xeyir verməyən filmlərdən, kinolardan, dizilərdən uzaq durmağınızdır. Çünki hal-hazırda ən çox insanın şüuraltısına təsir edən bunlardır. Çünkü şüuraltı birbaşa hislərlə əlaqəlidir. Və filmlər də bizim hislərimizə təsir etdiyi üçün orda olanlara inansaq da inanmasaq da şüuraltı onları anındaca qəbul edir. Heç fikir vermisiniz mi ki, bütün filmlərdə varlılar pis insanlar olurlar kasıblar isə yaxşı? Təsəvvür belə edə bilmərsiniz ki, bu nə qədər insanın həyatına təsir edir. Və növbəti isə bizim ağzımızdan çıxan sözlər və ətrafdan deyilən sözləri qəbul etməyimiz. Sözlərin çox fərqli bir sehri var. Əvvəldə də bildirdiyim kimi şüuraltı sadəcə bir saf uşaqdır. Nə desəniz inanır. Ona görə kiminləsə zarafata belə olsa "Ay daa mənim pulum yoxdu ee, pulum qurtarır" kimi ifadələr işlətsəniz beyniniz avtomatik olaraq pulunuzun həqiqətən olmadığını düşünəcək və əgər var idisə belə olmayacaq. Burada mən özüm misalları pul üzərindən çəkirəm. Bunlar bütün hər şeyə aiddir. Ona görə ağzınızdan çıxan sözə diqqət edin mütləq.

Digərləri də sizə bir şeylər deyərkən əgər istəmədiyiniz bir şeylərdisə anındaca beyninizdə inkar edin. Məsələn, kimsə sizə "sən heç o qədər də güclü deyilsənmiş ki, bunu bacarasan" dediyində siz anındaca əgər sorğulamağa başlasınız ki, görəsən həqiqətən də mən güclüyəm ya yox o zaman anındaca beyin qəbul etmiş olacaq. Və bir müddətdən sonra həyatınızda elə bir hadisələr baş verəcək ki, sizin gücsüz olduğunuzu sizə göstərəcək. Və bir müddətdən sonra artıq özünüzü günahlandırma başlayacaq "ay daa mən niyə belə gücsüzəm ee". Bu da psixoloji travma yaratmış olacaq. Amma anındaca inkar etsəniz ki, beyninizdə "yox bu mən deyiləm, mənə aid deyil" o zaman beyin anındaca həmin enerjiləri sizdən uzaqlaşdıracaq. Onun üçün beyninizdən keçən fikirlərə hər zaman diqqət edin. Onun sizi idarə etməsini deyil sizin onu idarə etməsinə çalışın. Bəzi beyninizdəki məsələlərin səbəbinə çıxıb həll etmək istəyirsinizsə o zaman ən yaxşı üsul niyyət edib(məsələn, niyyət edirəm "bu" problemin səbəbini tapmağa) sonra meditasiya halına keçirsiniz. Ən sadə üsulla dərindən nəfəs alıb sonra azca saxlayıb verməkdir. Bir neçə dərin nəfəsdən sonra artıq bədininizin yüngülləşdiyini hiss edirsiniz və beyin sakitləşir. Konsantrasyonunuzu artırırsınız və sırf istədiyiniz mövzu üzərində suallar verərək düşünməyə başlayırsınız. Əvvəl əvvəl çətin olacaq düzdü amma sonradan çox sevəcəksiniz. Bu etaplarla siz suallarınıza cavab tapa və problemləri həll etməyə başlaya bilərsiniz.

Sevgi ve İşıqla ✨




Ana səhifə Haqqımızda Təqvim Kurslar Bloglar
This site was made on Tilda — a website builder that helps to create a website without any code
Create a website